AZ

Mina terrorunun acı nəticələri: Azərbaycan mübarizəni öz gücü ilə aparır ANAMA sədri ilə müsahibə

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Republikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov WUF13 çərçivəsində Musavat.com-a eksklüziv müsahibə verib.Moderator.az xəbər verir ki, V.İsmayılov Azərbaycanın mina ilə mübarizə sahəsində topladığı təcrübə, həmçinin beynəlxalq dəstəyin mövcud vəziyyəti, mina qurbanlarının reabilitasiyası və xarici ölkələrlə əməkdaşlıq perspektivlərindən danışıb:

-2023-cü ildə İlham Əliyevin təşəbbüsü ilə “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) hazırlanıb. Humanitar minatəmizləmə fəaliyyəti sahəsində layihələrin icrası ilə bağlı son durum necədir?

-Məlum olduğu kimi, qlobal 17 DİM mövcuddur. Cənab Prezident 18-ci DİM-in qəbul edilməsi təşəbbüsünü irəli sürdü. Biz bu təşəbbüsü müxtəlif platformalarda dəstəkləyirik. 18-ci DİM milli səviyyədə qəbul olunub. Müəyyən edilən hədəflərə nail olmaq üçün müvafiq addımları atırıq.

-WUF13 çərçivəsində Azərbaycanın mina problemi barədə geniş şəkildə informasiya verilir. Yaxın perspektivdə hansı ölkələrlə və təşkilatkarla əməkdaşlıq imkanı var?

-Təəssüf ki, Azərbaycanın mina probleminin həlli istiqamətində beynəlxalq dəstək istədiyimiz səviyyədə deyil. Bu, bizim üçün humanitar həmrəylik məsələsidir. Amma Azərbaycan hökuməti bu yükü öz boynuna götürüb, minatəmizləmə fəaliyyətini öz maliyyəsi hesabına həyata keçirilir. Bu günə qədər 272 min hektardan çox ərazi minalardan təmizlənib. 251-ə yaxın partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Müəyyən yardımlar olsa da, bu, ümumi xərclənən vəsaitin heç 5 faiz deyil. Sözsüz ki, biz bu problemi müxtəlif platformalarda diqqətə çatdırırıq. Dünya ictimaiyyəti bunu bilməlidir.

-Hansı ölkələrin təcrübəsindən istifadə edirik?-İstənilən qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməyə hazırıq. Eyni zamanda başqa ölkələr də Azərbaycanın minatəmizləmə təcrübəsindən öyrənməyə çalışırlar.

-Konkret hansı ölkələrin adlarını çəkə bilərsiniz?-Xorvatiya və Ukrayna ilə fəal əməkdaşlıq edirik. Ümumilikdə isə dünyada 60-dan çox mina problemindən əziyyət çəkir. Biz bu ölkələrin demək olar ki, hamısı ilə əlaqədəyik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
moderator.az

3Mənbələr