Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün romantizm hərəkatının ən güclü nümayəndələrindən biri, məşhur fransız yazar, şair və səyyah Jerar de Nervalın doğum günüdür.
Kulis.az onun şeirlərini Hamlet Qocanın tərcüməsində təqdim edir.
DAYANACAQ
Səfər vaxtı ən gözəl yer dayanacaqdır,İki mənzil arasına aləm düzülür.Atlar çəkir, yol uzanır, qamçı səslənir,Göz görməkdən doyur, bədən üzülür.Dayanacaq - göz oxşayan gözəl bir çəmən,Əlvan gül-çiçəyə bürünüb aləm.Qovaq kölgəsində bulaqlar sızır,Yolun yorğunluğu uçur gözündən.Uzan bu çəməndə, həyatı dinlə,Ləzzət al güllərin təravətindən,Göyü heyran-heyran süzdüyün zamanBir səda gələcək yerdəkilərdən:"Yolçu yolda gərək, getdik, ay adam!"
LÜKSEMBURQ XİYABANI
Bir qız çıxdı yoluma,Süzdü qaranquş kimi.Əlində əlvan çiçək,Dilində şirin nəğmə,Oda saldı qəlbimi.Bəlkə onu gəzmişəm,Sınayıb neçəsini.İndi bircə baxışla,İşığa qərq edəcək
Ömrümün gecəsini.
Heyif, keçib gəncliyim,Çoxdan vidalaşdığımŞirin bir xəyaldı bu.Gənclik, gözəllik olurQocalığın arzusu...
“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi
“Rənglərlə danışan Abdurrahman” adlı rəsm sərgisi keçirildi
Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.