Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ankara Məhkəməsi Türkiyənin rəhbərlik etdiyinın 4-5 noyabr 2023-cü ildə keçirilən 38-ci qurultayının nəticələrini ləğv edib.
Qərara əsasən, Özgür Özel sədr postundan kənarlaşdırılıb, partiyanın sabiq lideri isə qərar qüvvəyə minənədək müvəqqəti olaraq yenidən rəhbərliyə qaytarılıb.
CHP daxilindəki böhranın əsası 2023-cü il qurultayında qoyulub. Həmin qurultayda illərlə partiyaya rəhbərlik edən Kılıçdaroğlu məğlub olmuş, Özgür Özel yeni sədr seçilmişdi. Bu dəyişiklik xüsusilə xəttinin güclənməsi ilə partiyada ciddi fikir ayrılığı yaradıb.
Məhkəmə prosesi Hatayın keçmiş bələdiyyə başçısı və bir qrup nümayəndənin qurultay zamanı nümayəndələrə təzyiq göstərildiyi və seçkiyə müdaxilə olunduğu iddiası ilə başladı. Sonradan prokurorluq da prosesə qoşularaq “seçki saxtalaşdırılması” iddiası üzrə araşdırma açdı.
Qərardan sonra CHP rəhbərliyi fövqəladə toplantı keçirib. Təxminən beş saat davam edən iclasdan sonra partiya rəhbərliyi geri çəkilməyəcəyini açıqlayıb. Özgür Özel “Sizə gül bağçasından gücə gedən yol vəd etmirəm. Sizə əzablara dözmək, amma heç vaxt təslim olmamaq qabiliyyəti vəd edirəm” sözləri ilə mübarizənin davam edəcəyini bildirib.
Partiya daxilində fikir ayrılığı daha da dərinləşib. Ekrem İmamoğlu Özgür Özelə açıq dəstək verdiyini açıqlasa da, böhranın uzanmaması üçün yaxın aylarda yeni qurultayın keçirilməsini təklif edib.
Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev hesab edir ki, Kemal Kılıçdaroğlunun yenidən rəhbərliyə qaytarılması CHP daxilində parçalanmanı daha da gücləndirəcək.
Onun fikrincə, Özgür Özel tərəfi yeni qurultay vasitəsilə legitimliyini möhkəmləndirməyə çalışacaq, Kılıçdaroğlu tərəfi isə məhkəmə qərarına söykənərək rəhbərlikdə qalmağa üstünlük verəcək.
Turan Rzayevin sözlərinə görə, yaranmış vəziyyət ən çox hakimnın maraqlarına uyğun gəlir.
O düşünür ki, müxalifətin zəifləməsi hakimiyyət üçün daha rahat siyasi mühit yaradır və bu şəraitdə uzun müddətdir gündəmdə olan konstitusiya dəyişiklikləri ilə bağlı addımların atılması ehtimalı artır.
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.