AZ

Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb

Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, iştirakçıların təxminən 50 mini forumda əyani, 3 mindən çoxu isə onlayn iştirak edib.

    Anar Quliyev bildirib ki, forum çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub, 125 ölkədən 400-ə yaxın məruzəçi əsas proqramda çıxış edib.

    Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən Liderlər Bəyanatı sessiyası forumun ən mühüm yeniliklərindən biri olub.

    Onun sözlərinə görə, sessiyada 27 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edərək qlobal şəhər gündəliyinə siyasi dəstəyi nümayiş etdiriblər.

    Seçilən
    11
    9
    bakivaxti.az

    10Mənbələr