AZ

WUF-13-də əldə olunan nailiyyətlər AÇIQLANDI

“Biz WUF-a gələcəkdə ev sahibliyi edəcək ölkələr üçün Dünya Şəhərsalma Forumunun təşkilinə dair "Bakı standartları" əsasında əməliyyat təlimatlarının hazırlanması məqsədilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə niyyət məktubu imzalamışıq”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında keçirilən rəsmi bağlanış mətbuat konfransında deyib.

"Digər mühüm nailiyyət böyük beynəlxalq tədbirlərin təşkil edilməsində dayanıqlılığı təmin etmək üçün ISO 2121 standartının milli səviyyədə tətbiqidir".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Seçilən
61
14
bizim.media

10Mənbələr