Bakı, 22 may, AZƏRTAC
Mən əslən Ekvadordanam, həm Ekvador, həm də İsrail vətəndaşıyam. Bu, mənim ilk Ümumdünya Şəhərsalma Forumu (WUF) təcrübəmdir. Forumun 13-cü Sessiyası (WUF13) çərçivəsində araşdırma aparıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən tədqiqatçı, ekvadorlu İsrail vətəndaşı Sebastian Kordero Velastequi deyib.
O, bu tədbirin araşdırma apardığı problemin həllinə kömək edəcəyinə inandığını bildirib.