AZ

SEPAH Hörmüz boğazı ilə bağlı yeni bəyanat yaydı

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 35 gəminin Hörmüz boğazını keçdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr ofisi məlumat yayıb.

Məlumata görə, icazələr alındıqdan və SEPAH-ın dəniz qüvvələri ilə koordinasiya aparıldıqdan sonra neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmiləri boğazdan təhlükəsiz şəkildə keçib.

Bildirilib ki, gəmilərin keçidi SEPAH-ın təhlükəsizlik nəzarəti altında həyata keçirilib.

Açıqlamada vurğulanıb ki, ABŞ-nin Hörmüz boğazındakı hərbi əməliyyatlarının yaratdığı təhlükələrə baxmayaraq, SEPAH Hərbi Dəniz Qüvvələri gəmiçilik və qlobal ticarətin davam etdirilməsi üçün “təhlükəsiz su yolu” formalaşdırıb.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
redaktor.az

2Mənbələr