AZ

SEPAH-dan ABŞ-yə mesaj - İranın təhdidini ciddi qəbul edin

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə sərt xəbərdarlıq edib.

Missiya.Az xəbər verir ki, bu barədə SEPAH “X” sosial media hesabında paylaşım edib.

Paylaşımda ötən ilin 13 iyun və bu ilin 28 fevral tarixlərində həyata keçirilən nəticəsiz hücumlara, eləcə də 13 apreldə “mühasirənin dağılması” kimi xarakterizə edilən hadisələrə istinad olunub.

Bildirilib ki, bu hadisələrdən sonra Ağ Evin İran rejiminə qarşı asan və sürətli əməliyyatlar barədə hesablamalarının yanlış olduğu ortaya çıxıb.

“Zamanın keçməsi bizim xeyrimizə deyil və çətin vəziyyətdən qaçmaq üçün İranın təşəbbüsünü və təhdidini ciddi qəbul edin”, - deyə, paylaşımda vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
23
1
missiya.az

2Mənbələr