AZ

Dilarə Rəhim Rəhimlinin arzusunu reallaşdırdı – VİDEO

Pop ifaçısı Dilarə Kazımova yeni layihəsi ilə yenidən diqqət mərkəzinə düşüb.Dərgi.az  xəbər verir ki, müasir səhnə performansları və fərqli yaradıcılıq üslubu ilə seçilən sənətçi bu dəfə “Pul” adlı yeni mahnısına çəkilən klipi təqdim edib.Layihənin söz və musiqisi Nadir Nağd Pula məxsusdur. Mahnının aranjimanı Nadir Nağd Pul və Fidan Aliva tərəfindən hazırlanıb.Klip süni intellekt texnologiyaları vasitəsilə hazırlanıb.Sənətçi açıqlamasında bildirib ki, “Pul” mahnısı mərhum müğənni Rəhim Rəhimli üçün xüsusi əhəmiyyət daşıyıb. Kazımovanın sözlərinə görə, Rəhim Rəhimli bu bəstəni onunla duet şəklində səsləndirməyi planlaşdırsa da, layihəni tamamlamaq qismət olmayıb. Müğənni mərhum sənətçinin arzusunu nəzərə alaraq mahnını virtual duet formatında təqdim edib.“Pul” bütün musiqi platformalarında onlayndır.

Seçilən
32
2
dergi.az

3Mənbələr