ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ulduz futbolçular DÇ-2026-ya aparılmır - İngiltərənin heyəti
İngiltərə milli komandasının DÇ-2026 üçün yekun heyəti açıqlanıb.
QOL.az xəbər verir ki, bir neçə aparcı futbolçu heyətdə yer almayıb.
"Çelsi"nin lideri Koul Palmer, "Real"ın müdafiəçisi Trent Aleksander-Arnold, "Mançester Siti"nin vingeri Fil Foden və "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr baş məşqçsi Tomas Tuhelin 26 nəfərlik siyahısına daxil edilməyib.
Qapıçılar: Cordan Pikford ("Everton"), Din Henderson ("Kristal Pelas"), Ceyms Trafford ("Mançester Siti").
Müdafiəçilər: Ris Ceyms ("Çelsi"), Tino Livramento, Den Bern (hər ikisi — "Nyukasl"), Mark Gehi, Con Stounz, Niko O’Rayli (hamısı — "Mançester Siti"), Ezri Konsa ("Aston Villa"), Carell Kvansa ("Bayer", Almaniya), Ced Spens ("Tottenhem").
Yarımmüdafiəçilər: Deklan Rays, Bukayo Saka, Noni Madueke, Ebereçi Eze (hamısı — "Arsenal"), Elliot Anderson ("Nottingem Forest"), Cud Bellinqem ("Real Madrid", İspaniya), Cordan Henderson ("Brentford"), Morqan Rocers ("Aston Villa"), Kobbi Meynu ("Mançester Yunayted").
Hücumçular: Harri Keyn ("Bavariya", Almaniya), Ayvan Touni ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Olli Votkins ("Aston Villa"), Markus Reşford ("Barselona", İspaniya), Entoni Qordon ("Nyukasl").
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.