AZ

Etdiyi zarafat 1200 manata başa gəldi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bakının Xətai rayonunda 41 yaşlı kişi tanışına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Babək prospekti 92 ünvanında baş verib. Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Rüfət Mirzəyev əvvəllər tanıdığı Ruslan Babayev ilə onun çalışdığı qaynaqçı emalatxanasında mübahisə edib.O, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ruslanı əl zərbələri ilə baş və sifət nahiyələrindən vurmaqla döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.İş üzrə ifadə verən Rüfət bildirib ki, Ruslan ilə 2025-ci ildən tanışlıqları var və həmin şəxsin qaynaqçı emalatxanasında usta kimi çalışıb: “Məlum hadisə günü, saat 18:10-da Ruslanın icarəyə işlətdiyi emalatxanaya getdim və onunla birlikdə çay içdik, bir-birimizlə zarafat etməyə başladıq. Ruslanın etdiyi zarafatdan əsəbləşdim. Mənimlə zarafat etməməsini bildirdim”.Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əvvəl də Ruslana hər dəfə onunla kobud zarafat etməməməsi barədə xəbərdarlıq edib:“Buna baxmayaraq Ruslan hər dəfəsində zarafatlarına davam edib. Həmin vaxt Ruslan mənimlə etdiyi zarafatdan əsəbləşdim və əlimlə onun sinəsindən tutaraq geri itələdim. Bu zaman aramızda yaranan mübahisə zəminində əsəbləşərək qəsdən əl zərbəsi ilə Ruslanın sifət nahiyəsinə bir dəfə vurdum. Bu vaxt Ruslanın burnundan qan gəldiyini gördüm və oradan getdim”.Xətai Rayon Məhkəməsinin hökmü ilə Rüfət Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinib və o, 1200 manat miqdarında cərimə olunub.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
demokrat.az

1Mənbələr