525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qırğızıstanda turizm sahəsində əhəmiyyətli artım müşahidə olunur. Ötən il ölkəni təxminən 5,31 milyon nəfər ziyarət edib ki, bu da 2024-cü illə müqayisədə 45 faiz artım deməkdir.
525.az xəbər verir ki, bu barədə Qırğızıstanın “Kabar” dövlət agentliyi məlumat yayıb.
Bununla yanaşı Qırğızıstanın turizm infrastrukturu da genişlənir. 2025-ci ilin statistikasına görə ölkədə 842 istirahət və turizm müəssisəsi olub ki, bu da əvvəlki illə müqayisədə 9,8 faiz artım deməkdir.
Ekspertlər qeyd edirlər ki, turizm infrastrukturunun genişlənməsi və turistlərin sayının artması Qırğızıstanın turizm sənayesinin davamlı olaraq güclənməsini, daxili və beynəlxalq turizm üçün cəlbediciliyini göstərir.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.