AZ

İran parlamentindən ŞOK QƏRAR: Trampın qətlinə görə mükafat veriləcək

İran parlamentində ABŞ prezidenti Donald Trampın sui-qəsdinə görə mükafatı təsdiqləyəcək.

Musavat.com xəbər verir ki, ölkə parlamentinin mədəniyyət komitəsinin üzvü Həsənəli Əxlaqi-Əmiri qanunvericilərin bu qərarı yaxın günlərdə rəsmən təsdiqləyəcəyini bəyan edib.

İranlı deputatın sözlərinə görə, hüquqi prosedurlar başa çatdıqdan sonra Donald Trampa qarşı verilmiş dini fətvanı icra edən, yəni onu qətlə yetirən hər hansı bir şəxsə rəsmi pul mükafatının verilməsi təklifi parlament tərəfindən təsdiqləyəcək.

Əxlaqi-Əmiri yerli mediaya verdiyi açıqlamada bu təklifin parlamentdə "mütləq" qəbul olunacağını vurğulayıb.

Qeyd edək ki, sözügedən qalmaqallı bəyanat İranda təhlükəsizlik tədbirlərinin ən yüksək həddə çatdırıldığı bir vaxta təsadüf edib. Belə ki, İran mətbuatının yazdığına görə, təhlükəsizlik tədbirləri səbəbindən ölkə parlamenti hazırda iclaslarını məcburi olaraq onlayn formatda keçirmək məcburiyyətində qalıb.

Musavat.com

Seçilən
23
4
musavat.com

8Mənbələr