SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından 35 gəminin icazə ilə keçdiyini açıqlayıb.
Yenicag.az APA-nın Tehran bürosunun məlumatına istinadən bildirir ki, bu barədə SEPAH məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində neft tankerləri, konteyner daşıyan gəmilər və digər ticarət gəmiləri daxil olmaqla, 35 gəmi SEPAH Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib.
Qeyd olunub ki, ABŞ ordusunun hücumu nəticəsində Hörmüz boğazında yaranan vəziyyətə baxmayaraq, SEPAH gəmiçilik və qlobal ticarət üçün təhlükəsiz su yolu yaradıb.