AZ

Rusiya Dövlət Dumasında Pəşinyanı təhqir ediblər

Rusiya rəsmiləri Ermənistan hökumətinin Moskva ilə münasibətlərini pisləşdirdiyini iddia edir...

Poliqon xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın Baş naziri Nikol Pasşnyan ilə bağlı sərt bəyanatla çıxış edərək, İrəvanın Rusiya ilə “qeyri-dost siyasət” apardığını bildirib.

Volodinin sözlərinə görə, Ermənistan rəhbərliyinin mövqeyi Ukrayna ilə bağlı əvvəlki təcrübələri xatırladır və bu cür siyasətin heç bir müsbət nəticə vermədiyi iddia olunur. O vurğulayıb ki, Rusiya Ermənistanın inkişafı üçün uzun illər ərzində ciddi dəstək göstərib və Ermənistan vətəndaşlarının Rusiyada işləyərək öz ailələrinə maddi dəstək vermək imkanları əldə etdiyini qeyd edib.

Duma sədri həmçinin Pəşinyanı Rusiyanın təqdim etdiyi imkanlardan “öz məqsədləri üçün istifadə etməkdə” ittiham edib.

Onun sözlərinə görə, Rusiya Ermənistanı dəstəkləməyə davam etsə də, qarşı tərəfdən buna adekvat münasibət görmədiyini iddia edir və bu vəziyyəti “qeyri-loyallıq” kimi qiymətləndirir.

Poliqon.info

Seçilən
70
poliqon.info

1Mənbələr