AZ

Keçmiş partiya sədrinə hökm oxundu

ain.az bildirir, Modern.az portalına istinadən.

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Zərərçəkənlərdən Oqtay Qasımov və Etibar Nəsibov barışıq olmadığını bildirərək təklif olunan cəza ilə razılaşıqlarını bildiriblər.

Vəkil Rəsul Cəfərov müdafiə etdiyi şəxsin dələduzluq etmədiyini, borc aldığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Anar Əsədli son söz deyib.

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Anar Əsədli həbsdə qaldığı müddət nəzərə alınmaqla, qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.(APA)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
14
modern.az

10Mənbələr