“Qızılın ucuzlaşmasına gəldikdə isə, uzunmüddətli perspektivdə bu proses adətən müvəqqəti xarakter daşıyır. Bəzi dövrlərdə qiymətlər bir neçə il aşağı səviyyədə qala, bəzən isə 3–5 il nisbətən sabit davam edə bilər. Amma 5, 10 və ya 15 illik intervalda baxdıqda qızılın ümumi artım tendensiyası müşahidə olunur və bu dinamikanın gələcəkdə də davam edəcəyi istisna deyil.” Onun sözlərinə görə, qızılın qiyməti qısa müddətdə, məsələn bir il ərzində kəskin artacaq. Qlobal iqtisadiyyatda qeyri-sabitlik və geosiyasi gərginliklər artdıqda investorlar, eləcə də aparıcı ölkələrin mərkəzi bankları və böyük fondlar daha çox qızıla yönəlir. Bu isə tələbi artıraraq qiymətlərin yüksəlməsinə səbəb olur. Ekspert deyib ki, qlobal iqtisadi sabitlik dövründə digər investisiya alətləri daha cəlbedici olur, nəticədə qızıla tələbat azalır və qiymətlərdə nisbi zəifləmə müşahidə edilir. Bu isə qızıl bazarının təbii və davamlı dinamikasıdır.