2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığortalar üzrə 92 milyon 213 min manat sığorta haqqı toplanılıb. Bu, ümumi bazarın 15,1%-ni təşkil edib.
Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının operativ məlumatlarına əsasən göstəricilərinə istinadən xəbər verir.
İcbari sığortalar üzrə ödənişlər 53 milyon 710 min manat olub. Bu məbləğ ümumi sığorta ödənişlərinin 17,6%-nə bərabərdir.
Bu seqmentdə ödənişlərin yığımlara nisbəti 58,2% olub. İcbari sığortalar üzrə sığorta haqları ödənişləri 38 milyon 503 min manat və ya 41,8% üstələyib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 610 milyon 216 min manat sığorta haqqı toplanılıb. Eyni dövrdə həyata keçirilmiş sığorta ödənişləri isə 304 milyon 353 min manat təşkil edib. Hesabat dövründə sığorta ödənişlərinin yığımlara nisbəti 49,9% olub. Başqa sözlə, sığortaçılar topladıqları hər 100 manat sığorta haqqının təxminən 50 manatını ödəniş kimi geri qaytarıblar. Ümumi bazarda sığorta haqları sığorta ödənişlərini 305 milyon 863 min manat üstələyib. Ödənişlər yığımlardan 50,1% az olub. Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588 milyon 466 min manat sığorta haqqı toplanımış, 231 milyon 333 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Ötən ilin eyni dövrünə nisbətən 2026-cı ilin yanvar-aprel aylarında hesablanmış sığorta haqları 3,7 % və ya 21 milyon 750 min manat, sığorta ödənişləri 31,6 % və ya 73 milyon 20 min manat artıb.
Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri
