Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərlər və icmalarının gələcəyi barədə dialoq, tərəfdaşlıq və kollektiv düşüncə üçün əsl qlobal platforma olub.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.

"Hansısa qlobal tədbirin əsl uğurunun yalnız yekun nəticələrlə deyil, həm də yaratdığı əlaqələrlə ölçüldüyünü vurğulamaq istəyirəm. Biz bütün iştirakçılara, tərəfdaşlara, təşkilatçılara, texniki heyətə, xidmət təminatçılarına, habelə dövlət, özəl və vətəndaş cəmiyyəti institutlarımıza eyni dərəcədə minnətdarıq. Məhz sizin kollektiv ruhunuz bu foruma əsl mənasını verib, inklüzivliyi canlandırıb və dialoqu ortaq fəaliyyətə çevirib".
O əlavə edib ki, WUF13-ün mövzusu mənzil məsələsini qlobal şəhərsalma gündəliyinin mərkəzinə qoyub və bir daha təsdiqləyib ki, adekvat, əlverişli, təhlükəsiz və dayanıqlı mənzillə təminat dövrümüzün ən mühüm çağırışlarından biri olaraq qalır.
“Forum boyu aparılan müzakirələr göstərib ki, mənzil təkcə insanların təməl ehtiyacı deyil, həm də ləyaqətin, dayanıqlığın, sosial inklüzivliyin, iqtisadi imkanların və dayanıqlı şəhər inkişafının təməlidir", - deyə komitə sədri bildirib.
Səfər Əlizadə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.