AZ

​“Müharibə dönüş nöqtəsinə çatıb” Ukrayna donor ölkəyə çevrildiyini bəyan edir

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

"Ukrayna artıq sadəcə ianə istəmir; biz təhlükəsizlik töhfəsi verən, donor və təcrübəmizi müttəfiqləri ilə bölüşməyə hazır olan tərəfdaşıq”. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna-NATO Şurasının Helsinqborqda keçirilən qeyri-rəsmi iclasında Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa deyib. Ukrayna XİN həmin çıxışı sosial şəbəkə səhifəsində paylaşıb.

Sibiqa çıxışında "Moskvaya təzyiqin artdığını və müharibənin dönüş nöqtəsinə çatdığını" deyərək, Ukraynanın sadəcə kömək istəmədiyini, həm də təcrübəsini müttəfiqləri ilə bölüşməyə hazır olan donor və tərəfdaş olduğunu bildirib.

Bununla yanaşı, nazir NATO-nun müdafiə xərclərinin artırmasının zəruri olduğunu qeyd edib: “Müdafiə xərclərinin artması sülhün qarantıdır və mən hər bir NATO üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıram. Ukrayna cəbhə xəttini saxlayır və Rusiyanın insan resursları artıq həlledici üstünlük deyil".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
azpolitika.info

1Mənbələr