ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Müğənni Vüqar Muradov paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi musiqiçi dostlarına müraciət edərək onu ailəvi olmayan məclislərə dəvət etməmələrini istəyib:
“Çox dəyərli musiqiçi dostlarım, xahiş edirəm məni ailəvi olmayan, küftə-bozbaş verilən məclislərə dəvət etməyin. Çünki ancaq 500-600 kişi olur, ən azı 400 nəfərlə öpüşüb-görüşmək yorucudur. Normal bildiyimiz bəy-gəlin toyu edib dəvət edin, gəlim, pulumu yazdırım, ifa edim. Çünki mən özüm gələcəkdə nə özümə, nə də övladıma küftə-bozbaş məclisi etməyəcəyəm. Anlayışla qarşılayacağınıza əminəm. Hər kəsə xoşbəxtlik arzu edirəm”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.