AZ

WUF13-ün keniyalı iştirakçısı: Azərbaycanda yüksək qonaqpərvərlik gördüm

Bakı, 22 may, AZƏRTAC

Mən Keniyanın Nakuru şəhərindənəm. Nakuru Şərqi Afrikada yerləşir. Mən bir neçə konfransda və BMT-nin Afrika üzrə İqtisadi Komissiyası tərəfindən təşkil olunan bir sıra tədbirlərdə iştirak etmişəm. Azərbaycanda yüksək qonaqpərvərlik gördüm. Burada çox yaxşı qarşılanma var, könüllülər bizə istiqamət verməkdə çox dəstək olublar.

Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13)

keniyalı iştirakçısı Peter Gitau deyib.

“Bütün bunlar çox yüksək səviyyəli təşkilatçılığın göstəricisidir. Azərbaycanın şəhərsalma sahəsində oynaya biləcəyi rol ondan ibarətdir ki, yerli idarəetməni və səlahiyyətlərin bölgüsünü dəstəkləsin, yəni resursların şəhər daxilində daha ədalətli bölüşdürülməsinə töhfə versin", - deyə o bildirib.

Seçilən
13
1
azertag.az

2Mənbələr