Fransa müstəntiqləri Panteonda anım tədbirlərinin təşkili ilə əlaqədar olaraq Fransa prezidenti Emmanuel Makronun Yelisey Sarayındakı iqamətgahında axtarışlar aparıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Le Monde" qəzeti öz etibarlı mənbələrinə istinadən məlumat yayıb.
"Cümə axşamı, mayın 21-də Parisin maliyyə işləri üzrə iki müstəntiq-hakimi Yelisey sarayında axtarış aparıb", - deyə nəşr qeyd edib.
Qəzetin yazdığına görə, təhqiqatın əsas mövzusu "Shortcut Events" şirkəti ilə bağlanmış bir sıra dövlət müqavilələrinin şərtləri və təfərrüatları olub.
Son illərdə Fransa prezidentinin iştirakı ilə Panteonda görkəmli xadimlərin nəşinin dəfn olunması mərasimlərinin təşkilini məhz bu şirkət həyata keçirib.
Musavat.com