AZ

SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılmasını yekunlaşdırıb

ain.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 22 may, AZƏRTAC

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrinin yarısında hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqların yaradılması başa çatdırılıb.

Bu barədə AZƏRTAC-a “SOCAR Ukraine”nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rivnə, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlardan hava hücumu siqnalı zamanı istifadə edilə bilər.

Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir.

Bundan başqa, SOCAR-ın Odessa və Lvovda yerləşən anbarlarında da sığınacaqlar yaradılıb.

Yaxın zamanlarda isə SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması başa çatdırılacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
azertag.az

3Mənbələr