AZ

İsmail Serageldin: Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çoxtərəfliliyə və açıqlığa olan sadiqliyimiz dəfələrlə təsdiqlənib

Bakı, 22 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən hər birinizi burada görmək bir şərəfdir. Hesab edirəm ki, bu, Bakının Şərqlə Qərb, Şimalla Cənub arasında böyük bir görüş məkanına çevrildiyini vurğulayır. Qeyd edildiyi kimi, sonuncu Bakı Forumu bir sülh, sabitlik, düşüncə, insanlıq, həmrəylik və açıqlıq adası oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIV Qlobal Bakı Forumunun elanı və GPA jurnalının 12-ci buraxılışının təqdimatı mərasimində deyib.

“Hesab edirəm ki, bizim Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çoxtərəfliliyə və açıqlığa olan sadiqliyimiz dəfələrlə təsdiqlənib və biz qarşıdakı dövrdə hamımızdan nə qədər çox şey tələb olunduğunu dərk edirik. Mən auditoriyaya baxarkən çoxlu hörmətli səfirlər görürəm. Ümid edirik ki, siz bizim şəxsi dəvətimizi çatdıracaqsınız, biz sizə rəsmi məlumatları da göndərəcəyik ki, sizin prezidentləriniz və baş nazirləriniz gələn ilin mart ayında Qlobal Bakı Forumunda bizə qoşulsunlar”, - deyə İ.Serageldin əlavə edib.

Seçilən
25
1
azertag.az

2Mənbələr