AZ

“İranın açıqlamaları daha çox təbliğat xarakteri daşıyır” - Azər Həsrət

"ABŞ-nin hərbi müdaxilədən çəkindiyi ilə bağlı iddialar reallığı əks etdirmir. Hazırda proses daha çox diplomatik danışıqlar müstəvisində davam edir. İran tərəfi vaxtaşırı ABŞ-ni geri çəkilməyə məcbur etdiyini və Vaşinqtona təzyiq göstərdiyini bəyan etsə də, bu açıqlamalar daha çox təbliğat xarakteri daşıyır. Faktiki vəziyyət göstərir ki, İran ABŞ-nin irəli sürdüyü şərtləri müzakirə etmək və müəyyən məqamlarda qəbul etmək istiqamətində addımlar atır. Son günlərdə İranın vasitəçi rolunda çıxış edən Pakistan üzərindən ABŞ-yə yazılı mövqeyini göndərməsi də bunu göstərir. Bu isə onu deməyə əsas verir ki, Tehran nə danışıqlardan yayınır, nə də prosesdən geri çəkilir. Əksinə, ABŞ-nin təzyiqi və çağırışları nəticəsində tərəflər dialoq masasında qalmağa davam edir. Hücumların təxirə salınması da məhz bu danışıqlar prosesi ilə bağlıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, ABŞ-İran arasında gərginlik hələ də davam edir və tərəflər arasında tam razılıq əldə olunmayıb. ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən sərt açıqlamalara baxmayaraq, yeni genişmiqyaslı hərbi əməliyyatların başlamaması müxtəlif ehtimalları gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, Vaşinqton regionda daha böyük qarşıdurma riskini nəzərə alaraq prosesə ehtiyatlı yanaşır və hərbi ssenarinin nəticələrini hesablayır.

Siyasi şərhçi bildirib ki, bu prosesdə Pakistanın vasitəçilik rolu xüsusilə diqqət mərkəzindədir.

Seçilən
22
aznews.az

1Mənbələr