Fransa prezidenti Emmanuel Makronun iqamətgahı olan Yelisey sarayında dövlət müqavilələri ilə bağlı istintaq çərçivəsində axtarış keçirilib...
Fransa mətbuatının məlumatına görə, Parisin maliyyə işləri üzrə iki istintaq hakimi mayın 21-də sarayda əməliyyat aparıb.
Araşdırma Fransanın görkəmli şəxslərinin nəşlərinin Panteona köçürülməsi mərasimlərinin təşkili üçün bağlanmış dövlət müqavilələri ilə bağlıdır.
İstintaq çərçivəsində “Shortcut Events” şirkətinə verilən sifarişlərin şərtləri yoxlanılır. (APA)
Poliqon.info