AZ

Niderland Arktikanı NATO-nun hərbi çəkindirmə sisteminin tərkib hissəsi kimi tanıyıb

Niderland Arktikanı NATO-nun hərbi çəkindirmə sisteminin tərkib hissəsi kimi tanıyıb

Niderland hökuməti Arktikanı NATO-nun hərbi çəkindirmə sisteminin yeni istiqaməti kimi qəbul edib və alyansın şimal regionundakı mövqelərinin gücləndirilməsinə töhfə verməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə krallığın 2026-2030-cu illər üzrə qütb strategiyasında qeyd olunub.

Sənəddə iddia edilir ki, Niderland hakimiyyətinin qiymətləndirməsinə görə, Arktika artıq "sülh və əməkdaşlıq regionu" deyil, böyüyən geosiyasi rəqabət məkanına çevrilir. Bununla əlaqədar olaraq hökumət "NATO-nun Arktika proseslərində iştirakını genişləndirməyi və kollektiv çəkindirməni artırmağı", həmçinin şimal enliklərində daha çox təlimlər keçirməyi zəruri hesab edir. Xüsusilə, Niderland Norveçdəki müttəfiqləri ilə hərbi manevrləri davam etdirmək niyyətindədir və Kanada ilə ABŞ-dakı Arktika əməliyyatlarında iştirak imkanlarını nəzərdən keçirir.

Vurğulanır ki, buzların əriməsi yeni dəniz marşrutlarına, təbii resurslara və sualtı infrastruktura çıxış yaradır. Niderland rəsmilərinin fikrincə, bu amil regionun strateji əhəmiyyətini və NATO üçün riskləri artırır. Bununla yanaşı, sənəddə NATO-nun Rusiya və Çinin Arktikada mövqelərini möhkəmləndirməsindən, o cümlədən birgə təlimlərdən və Şimal Dəniz Yolunun inkişafı üzrə əməkdaşlığından narahatlığı ayrıca qeyd olunub.

Seçilən
35
afn.az

1Mənbələr