Bakı və Sumqayıt şəhərləri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə 576 049 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, işi “Rada Construction” MMC görəcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti və şirkət arasında müqavilə bağlanıb. MMC-nin rəhbəri Rauf Qərib oğlu Dadaşzadədir.
Cabir
Tarix: 22 May 2026, 23:52