AZ

Yer altında “dərin zərbə” məşqi – NATO Rusiyaya qarşı planı işə saldı

Böyük Britaniyada NATO qüvvələrinin iştirakı ilə diqqətçəkən hərbi təlim keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Independent nəşri məlumat yayıb. Xəbərə görə, təlim çərçivəsində London metrosundakı stansiyalardan biri yeraltı komanda mərkəzinə çevrilib.

Təlim zamanı Rusiyaya qarşı “dərin zərbə” adlandırılan hücum ssenarisi imitasiya olunub. NATO qüvvələri mümkün böhran və ya hərbi eskalasiya şəraitində yeraltı sürətli reaksiya qərargahının necə fəaliyyət göstərəcəyini sınaqdan keçirib.

Bildirilir ki, seçilən metro stansiyası hava hücumlarına qarşı daha dayanıqlı komanda mərkəzi kimi nəzərdə tutulub. Təlim zamanı rabitə, koordinasiya və fövqəladə qərarvermə mexanizmləri yoxlanılıb.

Musavat.com

Seçilən
4
50
musavat.com

10Mənbələr