AZ

Kiyev Moskvaya Aleşkidə mülki əhalinin təxliyəsi üçün atəşkəs təklif edib

Ukrayna Aleşki şəhərində mülki əhalinin təxliyəsi üçün Rusiyaya müvəqqəti atəşkəs təklif edib.

Musavat.com xəbər verir ki, bunu Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets açıqlayıb.

Onun sözlərinə görə, tərəflər artıq təxminən 6 min mülki şəxsin, o cümlədən 200 uşağın ərazidən çıxarılması ilə bağlı razılığa gəliblər.

Lubinets bildirib ki, texniki məsələlər müzakirə olunub və Kiyev prosesin başlaması üçün Rusiya tərəfinin tarix açıqlamasını gözləyir.

Aleşki 2022-ci ildən Rusiyanın nəzarəti altındadır. Şəhər mütəmadi olaraq atəşə və dron hücumlarına məruz qalır.

 

Musavat.com

Seçilən
98
musavat.com

1Mənbələr