Ukrayna ordusunun FPV-dronlarla həyata keçirdiyi hücumlar Rostov–Cankoy magistralında vəziyyəti gərginləşdirib.
Musavat.com xəbər verir ki, hücumlar səbəbindən Rusiya tərəfi Cankoy keçid məntəqəsi vasitəsilə yük nəqliyyatının hərəkətini dayandırmağa məcbur olub.
Məlumata görə, zərbələr əsasən yanacaq daşıyan maşınlara və hərbi yük avtomobillərinə endirilir. Bildirilir ki, magistralda hərəkət edən hərbi texnika və təchizat karvanları mütəmadi olaraq FPV-dronların hədəfinə çevrilir.

Krımda artıq yanacaq çatışmazlığı və satış məhdudiyyətlərinin qeydə alındığı bildirilir.
Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey Sternenko əməliyyatların davam etdiriləcəyini açıqlayıb.
Musavat.com