AZ

Tarixi saray cəmi 45 manata satıldı – bu səbəbə görə

Belarusun Dyatlovo şəhərində yerləşən Radzivillər sarayı keçirilən hərrac zamanı cəmi 90 Belarus rubluna – təxminən 45 manata satılıb.

Musavat.com xəbər verir ki, sarayın yeni sahibi Rusiyanın Moskva şəhərindən olan, son iki ildə isə Minskdə yaşayan Tatyana adlı qadın olub.

Məlumata görə, o, hərracın yeganə iştirakçısı olduğu üçün tarixi binanı minimal qiymətə əldə edib. Yeni sahibə bildirib ki, məqsədi sarayı bərpa edərək yenidən insanlara qaytarmaqdır.

Tatyana qeyd edib ki, gələcəkdə sarayda kafe, hotel və kiçik muzey fəaliyyət göstərəcək.

Qadın dövlət qarşısında öhdəlik götürüb ki, yaxın beş il ərzində memarlıq abidəsini tam bərpa edib istifadəyə versin.

Qeyd edək ki, Radzivillər sarayı 2022-ci ildə də başqa bir rusiyalı iş adamına satılmışdı. Lakin həmin şəxs bərpa ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün saray yenidən hərraca çıxarılıb.

Musavat.com

Seçilən
70
musavat.com

1Mənbələr