“Panatinaikos” baş məşqçi Rafael Beniteslə əməkdaşlığı başa çatdırdığını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. Afina təmsilçisi açıqlamasında 66 yaşlı ispaniyalı mütəxəssisə və onun məşqçilər heyətinə təşəkkür edilib.
Qeyd edək ki, Benites ötən ilin oktyabrından “Panatinaikos”a rəhbərlik edirdi. İspaniyalı çalışdırıcının rəhbərliyi altında komanda bütün turnirlərdə 41 oyun keçirib. Bu matçlarda 20 qələbə qazanılıb, 11 heç-heçə qeydə alınıb, 10 məğlubiyyət yaşanıb.
“Panatinaikos” Yunanıstan çempionatının əsas mərhələsini 49 xalla 4-cü pillədə başa vurub. Komanda ikinci mərhələnin sonunda da mövqeyini dəyişməyib.