AZ

Bu poverbanklardan uzaq durun – Təhlükəlidir

Mütəxəssislər ucuz və zədələnmiş poverbankların ciddi təhlükə mənbəyinə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, keyfiyyətsiz enerji toplama cihazlarında yanğın və hətta partlayış riski daha yüksək olur.

Ekspertlərin sözlərinə görə, poverbankların daxilində mürəkkəb kimyəvi proseslər gedir. Batareyanın içərisində yerləşən hissələrin zədələnməsi qısaqapanmaya səbəb olur, nəticədə temperatur sürətlə artır, daxildəki maddələr qızaraq qaz əmələ gətirir və bu da cihazın alışmasına və ya partlamasına gətirib çıxara bilir.

Xüsusilə korpusu şişmiş poverbankların istifadəsinin çox təhlükəli olduğu vurğulanır. Mütəxəssislər qeyd edirlər ki, şişmə artıq cihaz daxilində geri dönməyən kimyəvi dəyişikliklərin başladığını göstərir. Belə qurğular istənilən anda alışa və ya partlaya bilər.

Bundan başqa, poverbankın yerə düşməsi, əzilməsi və ya güclü zərbə alması da risk yaradan əsas amillərdən sayılır. Tövsiyə olunur ki, zədələnmiş və ya həddindən artıq qızan cihazlardan dərhal imtina edilsin.

Ekspertlər istehlakçılara naməlum və çox ucuz markalardan uzaq durmağı, yalnız təhlükəsizlik sertifikatı olan məhsullara üstünlük verməyi məsləhət görürlər.

Seçilən
11
2
manset.az

3Mənbələr