AZ

Rusiya Ermənistandan idxal edilən keyfiyyətsiz spirtli içkilərin satışını dayandırıb

BAKI, 23 may. TELEQRAF

Rospotrebnadzor Rusiya Federasiyasında Ermənistandan idxal edilən "aşkar edilmiş keyfiyyətsiz" spirtli içkilərin, xüsusən də "Vedi-Alco", "Abovyan Brandy Factory" və "Shahnazaryan Wine-Brandy House" şirkətlərinin istehsal etdiyi şərab və brendinin satışının dayandırıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

"Məcburi tələblərə cavab verməyən məhsulların satışının qarşısını almaq üçün kommersiya təşkilatlarına və idxalçılara məhsul satışının dayandırılması və aşağı keyfiyyətli spirtli içki məhsullarının dövriyyədən çıxarılması barədə məlumat göndərilib", - deyə Rospotrebnadzor əlavə edib.

Bundan əvvəl Rospotrebnadzor Ermənistanda istehsal olunan "Cermuk" mineral suyunun bütün partiyalarının idxalını və Rusiyada dövriyyəsini dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq etmişdi. Bu, "hidrokarbonat ionlarının, xloridlərin və sulfatların tərkibində artıqlıq aşkarlanması" ilə əlaqədar idi.

Seçilən
35
teleqraf.com

1Mənbələr