Bərdə rayonunda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.
Musavat.com xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakini, 9-cu sinif şagirdi Saleh Məmmədov yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.\\unikal.org