AZ

72 faizlik sabun Evdəki 1001 dərdin dərmanı

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Mütəxəssislər bildirirlər ki, üzərində 72 faiz yazılan qəhvəyi sabun bir çox bahalı məişət vasitəsini əvəz edə bilər. Ekoloji cəhətdən təhlükəsiz, hipoallergen və olduqca ucuz olan bu məhsulun istifadə sahələri düşündüyünüzdən də genişdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu sabun qab yumaq üçün ideal vasitələrdən biri hesab olunur.

O, qabların üzərində yapışqan təbəqə saxlamır və uşaq qabları üçün belə təhlükəsiz sayılır. Sabuna soda və qliserin əlavə etməklə güclü yağ təmizləyici gel hazırlamaq mümkündür.

Sabundan bağ və ev işlərində də geniş istifadə olunur. Təsərrüfat sabununun məhlulu bitkilərdə yaranan mənənə və hörümçək gənəsinə qarşı təsirli vasitə sayılır. Eyni zamanda döşəmə və divarların yuyulması üçün istifadə edilən məhlul bakteriyaları məhv edir, heyvan qoxularını aradan qaldırır və iz buraxmır.

Sabun şəxsi qulluq vasitəsi kimi də tətbiq olunur. Onunla makiyaj fırçaları və daraqlar təmizlənir, qan və yağ ləkələri çıxarılır. Şkafda saxlanılan bir parça təsərrüfat sabunu isə həm rütubəti çəkir, həm də güvəni uzaqlaşdırır.

Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu sabun ev heyvanlarının yuyulması üçün də istifadə edilə bilər. Xüsusilə bahalı şampunlara allergiyası olan heyvanlar üçün alternativ vasitə hesab olunur.

Təsərrüfat sabunu xırda yaraların və sıyrıqların ilkin təmizlənməsi zamanı da istifadə edilir. Antibakterial xüsusiyyətləri səbəbindən mikrobların azalmasına kömək etdiyi bildirilir.

Manikür və pedikür zamanı sabunlu suyun kutikulanı və sərtləşmiş dərini yumşaltmaqda effektiv olduğu vurğulanır. Bunun səbəbi isə məhsulun yüksək qələvilik dərəcəsidir.

Köhnə üsullardan biri kimi, soyuqdəymədən qorunmaq üçün burunun iç hissəsinə az miqdarda təsərrüfat sabunu sürtmək də tövsiyə olunur. İddialara görə, bu üsul virusların orqanizmə daxil olmasını çətinləşdirə bilər.

Bundan başqa, qızıl və gümüş zinət əşyaları ammonyak əlavə olunmuş sabunlu suda daha yaxşı təmizlənir və əvvəlki parlaqlığını bərpa edir.

Ayaq və ayaqqabıların sabunlu məhlulla işlənməsi göbələk xəstəliklərinə qarşı profilaktik vasitə kimi də istifadə edilir.

Təsərrüfat sabunu gödəkçələrin yuyulmasında da üstünlük təşkil edir. Bildirilir ki, adi yuyucu tozlardan fərqli olaraq, sintetik dolduruculu və ya tüklü geyimlərdə ağ izlər saxlamır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
lent.az

1Mənbələr