Amerikalı tanınmış reper Rob Beys 59 yaşında vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat müğənninin instaqram hesabında paylaşılıb.
Əsl adı Robert Qinyard olan reperin xərçəngdən öldüyü bildirilib.
Qeyd edək ki, Rob Beys 1988-ci ildə ifa etdiyi “It Takes Two” mahnısı ilə böyük populyarlıq qazanıb. O, ümumilikdə karyerası boyu 3 studio albomu buraxıb.
"Cebheinfo.az"