AZ

Rabitə problemi Rusiya ordusunu çətin vəziyyətə salıb

Rabitə
ABŞ hərbi kəşfiyyatının son məlumatlarına görə, Rusiya son 6 ay ərzində Ukrayna cəbhəsində 2024 və 2025-ci illərdə əldə etdiyi irəliləyiş tempini tamamilə itirib, bəzi istiqamətlərdə isə üstünlüyü Ukrayna ordusuna vermək məcburiyyətində qalıb. 1news.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda qeyd olunur ki, fevral ayından bu yana Ukrayna qüvvələri Rusiya tərəfindən işğal edilmiş 400 kvadrat kilometr ərazini geri qaytara bilib.
Bildirilir ki, artıq böyük ölçüdə dron duelinə çevrilən müharibədə hava vasitələrinin idarə olunması üçün internet bağlantısı həyati əhəmiyyət daşıyır. Analitiklərin fikrincə, Telegram platformasının Kreml tərəfindən məhdudlaşdırılması və Starlink bağlantılarının kəsilməsi Rusiya ordusunun cəbhədə üzləşdiyi əsas problemlərdən birinə çevrilib. Məlumata görə, əvvəllər Telegram üzərindən koordinasiya quran rus hərbçilər rabitə imkanlarının zəifləməsi səbəbindən ciddi çətinliklərlə üzləşiblər. Ukrayna tərəfi isə əksinə, fiberoptik FPV dron imkanlarını genişləndirməyə davam edir.

Ekspertlərin qiymətləndirməsinə əsasən, Rusiya Prezidenti Vladimir Putin müharibənin gedişatını yenidən Moskvanın xeyrinə dəyişmək üçün yeni hərbi həllər və texnoloji strategiyalar hazırlamalıdır.

Seçilən
33
1news.az

1Mənbələr