AZ

Elvin hansı klublardan təklif alıb? meneceri Azərbaycanda qalmaq istəmədiyini dedi!

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Elvin Cəfərquliyevin “Qarabağ”dakı gələcəyi yetərincə bulanıqdı. Yayılan iddialara inansaq, ağdamlılar futbolçunun başqa kluba keçməsində maraqlıdı. Elə müdafiəçinin mövsümün yekunlarına həsr olunan tədbirə çağrılmaması da buna sübutdu. Bəs, son durum necədi? Hazırda Elvin hansısa klubla danışıq aparırmı? Onun əsas məqsədi nədi?Bu suallarla müdafiəçinin meneceri Tural Əsgərliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Elvinin bu hadisədən əvvəl də “Qarabağ”dan ayrılmaq fikri var idi. Hətta ötən mövsüm də başqa kluba gedə bilərdi. Lakin son anda qərarını dəyişdi. Əslində yaxşı oldu. Nəticədə Çempionlar Liqasının əsas mərhələsində çıxış etdi. Yenə də düşünürəm ki, gecikib. Hazırda real təklif yoxdu. Ancaq xeyli klubla şifahi danışıqlar gedir. Elvin birmənalı şəkildə legioner həyatı yaşamaq istəyir”.

Xatırladaq ki, futbolçunun “köhlən atlar”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
icma.az

2Mənbələr