AZ

David Alaba da “Real”a lazım olmadı – Rəsmi – ARENA.AZ

İspaniya nəhəngi “Real”ın 33 yaşlı avstriyalı mərkəz müdafiəçisi David Alaba cari mövsümün sonunda Madrid təmsilçisindən ayrılacaq.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir.

Belə ki, La Liqa nəhəngi avstriyalı müdafiəçi ilə yollarını ayıracağını bəyan edib. Alaba ilə yeni sözləşmə imzalanmayacaq. 33 yaşlı mərkəz müdafiəçisi azad agent statusu ilə paytaxt klubunu tərk edəcək.

David Alaba “Real”a 2021-ci ilin iyul ayında azad agent qismində “Bayern”dən keçib. Avstriyalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Alaba cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda cəmi 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 131 oyun, 5 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Alaba 2009-cu ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasının heyətində 112 oyuna çıxıb, 15 qol, 22 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 33 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Real” Alabadan öncə Dani Karvaxalın da mövsümün bitməsilə klubu tərk edəcəyini açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
4
4
arena.az

10Mənbələr