AZ

Toral Bayramov: “Hər il biz çempion olacağıq deyə bir şey yoxdur” MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Sabah”ı çempionluq münasibəti ilə təbrik edirəm. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur”.

Bunu “Qarabağ” FK-nın müdafiəçisi Toral Bayramovun qol.az saytına müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik.

- Mövsümün son turunda “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Fikrimcə, bu, mövsümün ən maraqlı oyunlarından biri idi. Tam heyət yox idi. Buna baxmayaraq, bizim gənclərimiz üçün də yaxşı təcrübə oldu. Özlərini yaxşı tərəfdən göstərə bildilər.

- Son illərin dəyişməz çempionu olan “Qarabağ”a titulunu itirmək necə təsir edir?

- Düzdür, çempion ola bilmədik, Avroliqaya gedirik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi yenidən sevindirək. Jurnalistlərə də təşəkkür edirəm. Sizin üçün də ağır mövsüm oldu.

- Ümumi götürsək, Çempionlar Liqasında pley-offa qədər irəlilədiyinizi nəzərə alsaq, mövsümü “Qarabağ” üçün uğurlu saymaq olar?

- Düşünmürəm ki, uğursuz oldu. “Sabah”ı çempionluq münasibəti ilə təbrik edirəm. Qismət bu il onların idi. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur. Növbəti mövsümə hazırlaşacağıq.

- Avroliqada oynayacaqsınız. Azarkeşlər avrokuboklarda “Qarabağ”dan builkindən də yaxşı nəticə gözləyə bilərlər?

- Bu mövsüm ÇL-də pley-off oynamağımız Avroliqada daha yaxşı çıxış edəcəyimizə təminat deyil. Əlimizdən gələni edəcəyik, vuruşacağıq. Çalışacağıq ki, mümkün qədər irəli gedə bilək.

- Premyer Liqanın səviyyəsində artım hiss olunur?

- Məncə, maraqlı və gərgin mövsüm alındı.

- Bəs legioner limitinin ləğv yerli futbolçulara ümumilikdə necə təsir etdi?

- Bu barədə geniş fikir bildirməyim düz çıxmaz. Sadəcə onu deyə bilərəm ki, kim güclü idisə, o da oynadı.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

3Mənbələr