Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib.
"Unikal" "TRT haber"ə istinadən xəbər verir ki, MİT-in Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində "qırmızı bülleten"lə axtarışda olan 10 İŞİD üzvü saxlanılıb.
Saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi bildirilib.