AZ

2026-cı ilin ən uzun günü iyunun 21-i olacaq

2026-cı ilin ən uzun günü iyunun 21-i olacaq.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün yay gün dönümü baş verəcək və Şimal yarımkürəsində ilin ən uzun gündüzü yaşanacaq.

Həmin gün gündüzün uzunluğu 17 saat 33 dəqiqə təşkil edəcək, gecə isə ilin ən qısa gecəsi olacaq.

Mütəxəssislər bildiriblər ki, iyunun 21-dən sonra gündüzlər tədricən qısalmağa başlayacaq. Gecə ilə gündüzün bərabərləşdiyi payız bərabərliyi isə sentyabrın 23-nə təsadüf edəcək.

Qeyd edək ki, ilin ən qısa günü dekabrın 21-də - qış gün dönümündə müşahidə olunacaq.

Seçilən
0
1
far.az

2Mənbələr