AZ

Azərbaycanda yol ÇÖKDÜ – 3 kəndlə əlaqə KƏSİLDİ

Ajans.az xəbər verir ki, Quba–Tüləkəran yolunun 12-ci kilometrində yolun çökməsi nəticəsində Yuxarı Tüləkəran, Aşağı Tüləkəran və Tülər kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib. Quba Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov saytımıza bildirib ki, əraziyə alternativ yol çəkilərək kəndlərin əlaqəsi qismən bərpa olunub.

Son yağışlar rayonun Təngəaltı, Aydınkənd və digər yaşayış məntəqələrində də yol infrastrukturuna ziyan vurub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir./bizim media







Seçilən
14
3
Ajans.az

10Mənbələr