AZ

Səidə İkigainin motivasiya kitabları maraqla qarşılandı

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günü çərçivəsində Bizim.Media-nın masasında Motivasiya kitablarının müəllifi Səidə İkigainin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Səidə İkigai 4 kitab müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:

Özbəkistan – Türkmənistan Günü- İki ölkənin ədəbi irsi TƏQDİM olundu – FOTO


"100 ibrətamiz hekayə", "Nikbinliyin sirri", "Uşaqlarla ünsiyyət necə saxlamalı", "İnsanın özünü dərki" kitabları ilə oxucuların görüşünə gələn S.İkigai yaxın zamanda növbəti kitabının işıq üzü görəcəyini bildirdi.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
61
9
bizim.media

10Mənbələr