AZ

Prezident: “Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir”

“Urbisid, kultursid və ekosiddən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir”.

Editor.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında edilən paylaşımda qeyd olunub.

“WUF13-də zəngin və əhatəli müzakirələr iki vacib nəticə sənədi – “Sədrin Xülasəsi” və “Bakı Fəaliyyət Çağırışı” ilə nəticələndi. Urbisid, kultursid və ekosiddən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir. Buna görə də, biz beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin geniş şəkildə tanınması ilə fəxr edirik və bu, dünyanın digər münaqişədən sonrakı kontekstləri üçün dəyərli bir nümunə kimi vurğulanır”, – paylaşımda bildirilib.

Seçilən
20
4
editor.az

10Mənbələr