
Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində HUB-lar və tədbir məkanı arasında avtobuslarla 10 220 səfər yerinə yetirilib və 179 000-ə yaxın sərnişin daşınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib. Daşımalara başlayandan (12-22 may tarixlərində) ümumilikdə 180 avtobus cəlb olunub.