Qazaxıstanın Türküstan şəhərində yerə düşən Azərbaycan bayrağını götürərək hörmət nümayiş etdirən məktəbli Nursultan Bazarbayul mükafatlandırılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 11-ci sinif şagirdi vilayət polis idarəsinə dəvət olunub.
Polis rəisi Arıstanqani Zapparov onun dövlət rəmzlərinə həssas yanaşmasını yüksək qiymətləndirərək təşəkkür edib və xatirə hədiyyəsi təqdim edib.
Sosial şəbəkələrdə yayılan görüntülər həm Qazaxıstanda, həm də Azərbaycanda rəğbətlə qarşılanıb.